Moskvada müəmmalı qətl - Keçmiş bank meneceri ailəsi ilə birgə qətlə yetirildi
“Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib
Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib.
Qazet.az xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Qətlə yetirilənlər Mixail Yaxontov, onun həyat yoldaşı və 8 yaşlı oğludur. Hazırda qətlin motivi və təfərrüatları araşdırılır. Bir neçə versiya, o cümlədən maliyyə variantı nəzərdən keçirilir”, - açıqlamada vurğulanıb.
İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, oktyabrın 26-da günorta saatlarında Mosfilmovskaya küçəsindəki yaşayış binasında yerləşən mənzildə üzərlərində zorakılıq əlamətləri olan qadın, kişi və azyaşlı uşağın meyitləri tapılıb. Kişinin 57, qadının 39, uşağın isə 8 yaşı var.