Bakı 10˚C Dreary

Moskvada polislər təlimlərə çıxarılmağa başladılar

Gündəm 22:28 23 okt, 2022
Moskvada polislər təlimlərə çıxarılmağa başladılar

Moskvada Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bölmələri poliqonlarda təlimlər keçirməyə başlayıb.

Qazet.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, poliqonlarda polis əməkdaşları pulemyotdan atəş açmaq və qumbara atmaq üzrə məşq edirlər.

“İndiyə qədər biz həmişə atıcılıq üzrə məşq edirdik, ancaq tapança ilə və şəhərdən kənara çıxmadan. İndi çoxları artıq təlim meydançalarına getdi, pulemyotdan atəş açdı, qumbara atdı. Digərlərinə isə təlimlərə hazırlaşmaq tapşırılıb”, - deyə polis məmurlarından biri nəşrə bildirib.

Onun sözlərinə görə, bu təlimlərdə iştirak məcburidir.

Mənbələr onu da bildiriblər ki, bir sıra rəislər işçilər üçün idman yürüşləri təşkil edir. Metropoliten bölmələrinin birində polislər tamamilə maneə zolağına çıxarılıb, orada palçıqdan sürünərək qaz maskalarından istifadə etməli olublar.

Mənbələr onu da əlavə edib ki, hüquq-mühafizə orqanları rəhbərlərinin onlara təlimlər üçün forma verməməsindən şikayətlənirlər, çünki onların ehtiyatda olmadığı bildirilir. Nəticədə, polis hər şeyi öz hesabına almağa məcbur olur və buna 20 min rubla qədər pul xərclənə bilər.