Bakı 7˚C Showers

Moskvada Ukrayna musiqisi dinlədiyinə görə kişini həbs etdilər

Cəmiyyət 23:21 12 okt, 2022
Moskvada Ukrayna musiqisi dinlədiyinə görə kişini həbs etdilər

Moskvada avtomobilində Ukrayna musiqisinə qulaq asan bir şəxsi həbs edib.

Qazet.az xəbər verir ki, bu barədə "Current Time" məlumat yayıb.

Bildirilir ki, moskvalı Anton Usov polisin tələbinə tabe olmamaq və Rusiya ordusunun Ukraynadakı hərəkətlərini “ diskreditə etmək” maddələri ilə təqsirli bilinib. O, 15 sutka həbs və 50 min rubl cərimə olunub. 
Polisin məlumatına görə, buna səbəb avtomobilin içərisində Ukrayna musiqisinin səslənməsi olub. 
Qəzet qeyd edir ki, hansı qanunun Ukrayna musiqisinə qulaq asmağı qadağan etdiyi açıqlanmır.