Bakı 23˚C Mostly cloudy

Moskvadan İrəvana uçan təyyarə məcburi eniş etdi

Gündəm 20:53 10 iyl, 2022

Təyyarəyə gələn polis sərxoş, söyüş söyən və digər sərnişinlərlə dava edən şəxsi saxlayıb.

Moskvadan İrəvana uçan təyyarə məcburi eniş etdi

Moskva-İrəvan təyyarəsi göyərtəsindəki davaya görə Samarada məcburi eniş edib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.

Bildirilib ki, eniş etdikdən sonra təyyarəyə gələn polis sərxoş, söyüş söyən və digər sərnişinlərlə dava edən şəxsi saxlayıb.

Polis bölməsinə aparılan şəxş barəsində üç inzibati maddə üzrə protokol tərtib edilib: nəqliyyatda davranış qaydalarını pozma, xırda xuliqanlıq və ictimai yerlərdə sərxoş vəziyyətdə görünmə.