Bakı 27˚C Partly sunny w/ showers

Moskvanı qorumalı olan tank ordusu Xarkovda məhv edildi

Xəbərlər 12:47 13 sen, 2022
Moskvanı qorumalı olan tank ordusu Xarkovda məhv edildi

Xarkovda Rusiyanın birinci qvardiya tank ordusu darmadağın edilib. 

Qazet.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. 

Məlumata görə, böyük itki verən birinci tank ordusunun formalaşdırma prosesi mümkün olmayacaq, bunun üçün illər lazımdır. 

Kəşfiyyatın iddiasına görə, Rusiyanın birinci qvardiya tank ordusu ölkənin elitar hərbi hissələrindən sayılır. Bu ordu NATO ilə müharibə baş verəcəyi təqdirdə Moskvanın müdafiəsini təşkil etməli idi.