Bakı 15˚C Mostly sunny

Moskvanın düşmənləri Avropa, Şimali Amerika, Yaponiya və Avstraliyadadır - Medvedyev

Xəbərlər 13:36 11 dek, 2022
Moskvanın düşmənləri Avropa, Şimali Amerika, Yaponiya və Avstraliyadadır - Medvedyev

Moskvanın düşmənləri Avropa, Şimali Amerika, Yaponiya və Avstraliyadadır.

Qazet.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Teleqram" kanalında bildirib.

Medvedyev bildirib ki, Rusiyanın düşmənləri “təkcə doğma Malorossiyanın Kiyev quberniyasına soxulmayıblar. Bu, Avropada, Şimali Amerikada, Yaponiyada, Avstraliyada, Yeni Zelandiyada və bir çox digər müasir nasistlərin and içdiyi yerlərdədir".

"Ona görə də Moskva ən güclü silahların, o cümlədən yeni prinsiplərə əsaslanan silahların istehsalını artıracaq", - deyə Medvedyev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, “zəhərli tüpürcəklərində boğulan rus soyadlı yalançı ukraynalı dəli mələklər” deyirlər ki, onların düşməni Rusiyanın sərhədləri daxilində - Qərbdən Vladivostoka qədərdir.