Bakı 13˚C Cloudy

Moskvaya qarşı daha sərt sanksiyalar müzakirə ediləcək - Ağ Ev

Gündəm 00:16 26 iyn, 2022

 Sanksiyaların qlobal iqtisadiyyat üçün xərclərinin minimuma endirilməsi imkanlarını müzakirə edəcəklər

Moskvaya qarşı daha sərt sanksiyalar müzakirə ediləcək - Ağ Ev

G7 liderləri Ukraynadakı vəziyyətə görə Rusiyaya tətbiq edilən əlavə xərcləri açıqlayacaqlar. 

Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Tərəflər həmçinin Rusiyaya təzyiqin artırılması və sanksiyaların qlobal iqtisadiyyat üçün xərclərinin minimuma endirilməsi imkanlarını müzakirə edəcəklər.

"G7 liderləri əsas diqqəti təkcə xüsusi əməliyyat nəticəsində qlobal iqtisadiyyatda yaranan çətinliklərin öhdəsindən gəlməyə yönəltməyəcək, həm də Putini necə məsuliyyətə cəlb etmək üçün müzakirələr aparılacaq. Əmin olun ki, o, etdiyi şeylərin hesabını verəcək" - Kirbi qeyd edib.