Motosiklet iki yerə bölündü: 1 ölü, 1 yaralı
Gündəm
10:30 03 yan, 2023
Avtomobillə motosikletin toqquşması insan təlafatı ilə nəticələnib.
Qazet.az-ın "trthaber.com"a istinadən məlumatına görə, hadisə Türkiyədə Düzce istiqamətində baş verib.
Qəza nəticəsində motosiklet ikiyə bölünüb, avtomobil isə təxminən 200 metr sürüşərək aşıb.
Hadisədə avtomobilin sürücüsü xəsarət alıb, motosikletin sürücüsü isə hadisə yerində ölüb.
Hadisə yerində edilən ilk müdaxilədən sonra yaralı xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.