Mourinyo Portuqaliyanın təklifini rədd etdi
İdman
20:20 25 dek, 2022
“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.
Qazet.az xəbər verir ki, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.
Məlumata görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.
Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.