Mövlud Çavuşoğlu: "3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"
Gündəm
15:47 15 noy, 2021
“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir"
“Regionda vacib hadisələr baş verir”.
Qazet.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi üçün xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”, - bildirib.