Bakı 10˚C Intermittent clouds

Mövlud Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək

Gündəm 15:30 30 noy, 2021

İclasda qurumun gündəliyindəki məsələlər müzakirə olunacaq

Mövlud Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının XXVIII iclasında iştirak edəcək.

Qazet.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.

Bildirilib ki, toplantı dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda keçiriləcək.

İclasda qurumun gündəliyindəki məsələlər müzakirə olunacaq.

Eyni zamanda türkiyəli nazirin həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.