Mövlud Çavuşoğlu: İran əleyhinə embarqolar amansızdır
Gündəm
17:13 15 noy, 2021
Mövlud Çavuşoğlu İran əleyhinə embarqoların tətbiqini pislədi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bugün Tehranda iranlı həmkarı ilə görüşüb.
Qazet.az xəbər verir ki, Mövlud Çavuşoğlu “İran əleyhinə embarqolar amansızdır və onu dilə də gətirmişik. 5+1 formatındakı danışıqlardan çıxanlar gərək bu çərçivədəki müzakirələrə qayıtsınlar. İran əleyhinə olan birtərəfli embarqoların tətbiqini dayandırsınlar. Müzakirələrin başlanmasına görə təbrik edirəm və Vyanadakı danışıqların müsbət nəticə verəcəyinə ümid edirəm” deyə fikirlərini bölüşüb.