Bakı 26˚C Mostly sunny

Mövlud Çavuşoğlu İranda rəsmi səfərdədir

Gündəm 14:52 15 noy, 2021

Mövlud Çavuşoğlunun rəsmi səfəri iranlı həmkarının dəvətilə gerçəkləşib.

Mövlud Çavuşoğlu İranda rəsmi səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tehranda görüşlərə başlayıb. İlk əvvəl o, iranlı həmkarı ilə görüşüb.

Qazet.az xəbər verir ki, Mövlud Çavuşoğlunun İran XİN-nin başçısı ilə danışıqlardan əlavə prezident İbrahim Rəisi ilə də görüşü planlaşdırılıb.

Türkiyə və İran rəsmilərinin ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq, sərhəd  məsələləri, regional və beynəlxalq vəziyyət barədə müzakirələr aparması nəzərdə tutulub.

Bundan əlavə, Cənubi Qafqazdakı durum da tərəflər arasında müzakirə predmeti olacaq.