Bakı 25˚C Partly sunny

Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”

Gündəm 16:29 20 dek, 2021

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib

Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.

Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.