Mövlud Çavuşoğlu Vətən müharibəsi şəhidlərini yad edib
Gündəm
22:40 27 sen, 2021
"Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il öncə bu gün atıldı!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 27 sentyabr Anım Günü ilə əlaqədar tvitter hesabında paylaşım edib.
Qazet.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il öncə bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun! Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə yad edirəm".