Bakı -10˚C Rain and snow

Müasir elmi tədqiqatlara əsaslanan sağlamlıq və uzunömürlülüyün 5 SİRRİ

Cəmiyyət 02:24 15 dek, 2022
Müasir elmi tədqiqatlara əsaslanan sağlamlıq və uzunömürlülüyün 5 SİRRİ

"Sağlam pəhriz, fiziki fəallıq, sağlam çəki, siqaretdən və spirtki içkidən imtina-uzunömürlülüyün sadə sirləridir..."

 

Biz bu gün sağlamlıq və uzunömürlülüyün xüsusi pəhriz və fiziki hərəkətlərdən bir sıra zərərli vərdişlərdən qurtulmağadək istisnasız olaraq hamının riayət edilməsi tövsiyyə edilən 5 sirrindən danışacağıq. 

Bunlar kiməsə adi görünə bilər. Amma inanın ki, bunlardan yaxşı və səmərəlisi hələ düşünülməyib. 

Qazet.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb. 

Sağlam pəhrizə riayət edin

Sirr deyil ki, bizim qidalanmamız uzunömürlülüklə birbaşa bağlıdır. Məsələn, uzunmüddətli tədqiqatlar göstərib ki tərkibində çoxlu miqdarda meyvə, tərəvəz, bütöv taxıl, qozlar və faydalı yağlar olan, bu zaman şəkəri, qırmızı əti və emal edilmiş qida məhsulları az olan Aralıq dənizi pəhrizi sağlamlıq üçün böyük fayda verir və ömrü uzadır.

Digər elmi tədqiqatlar Aralıq dənizi pəhrizinə daxil olan selülloza, zülallar və faydalı bitki yağları olan konkret maddələrin üstünlüyünü müəyyən edib.

Amma duzlu və şirin qəlyanaltılar, ət yarımfabrikatları, qızardılmış yeməklər və şirinləşdirici içkilər, əksinə, xroniki xəstəliklərin yüksək riski və erkən ölümlə bağlıdır.

Müntəzəm fiziki fəallıq 

Müntəzəm fiziki fəallıq təkcə orqanizmin möhkəmliyi və dözümlülüyü üçün deyil, həmçinin, bizim psixi vəziyyətimiz, yüksək enerjimiz və ovqatımızın yaxşılaşdırılması üçün vacibdir. İdmanın istənilən növü ömrümüzü uzadır və onun keyfiyyətini yüksəldur.

Alimlər həftədə ən azı 150 dəqiqə mülayim fiziki fəallığa həsr etməyi tövsiyyə edir. Orta yaşlı insanlar arasında keçirilən tədqiqat göstərib ki, hətta az fəallıq, məsələn, yerimək, yaxud evdə təmizlik işi aparmaq uzunömürlülüyə müsbət təsir edir.

Sağlam çəkinin gözlənilməsi

Düzgün seçilmiş pəhriz və fiziki hərəkətlər insanlara sağlam bədən çəkisini saxlamağa kömək edən iki faydalı fərdişdir. Bunu bədən kütləsi indeksi ilə müəyyən etmək olar. Bu indeks 18, 5 - 24, 9 vahid arasındadır.

Yadda saxlayın ki, piylənmə xroniki xəstəliklərlə, o cümlədən ikinci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəngin 11 növü ilə birbaşa bağldır. Bu xəstəliklər sizi öldürməsə də, ömrünüzü xeyli qısaldacaq.

2018-ci ildə aparılan tədqiqat göstərib ki, ABŞ da piylənmə orta ömür müddətini azaldıb və ildə 186 min ölüm törədib. 

Siqareti atın

Siqaret çəkmənin ağ ciyər xərçəngi kimi geniş yayılan nəticəsi ilə yanaşı, həm də sağlamlıqla bağlı çox ciddi problemlər, o cümlədən ürək tutmaları, ağ ciyər xəstəlikləri, insultlar, ağız boşluğu və boğazın xərçəngi kimi ciddi xəstəlik yaradır. Ona görə də həyatı uzatmağın ən yaxşı yolu heç vaxt siqaret çəkməməkdir. 

Əgər siz artıq hətta gündə bir ədəd siqaret çıkirsinizsə, ekspertlər bu zərərli vərdişdən tez bir zamanda qurtulmağı məsləhət görür.

2015-ci ildə Amerikanın Xərçəng İnstutunun 10 il ərzində apardığı tədqiqat göstərib ki, bir milyon işrirakçılarda siqaret çəkmənin məlum nəticələri ilə yanaşı, müxtəlif infeksiyalar, böyrək, bağırsaq və ağciyər xəstəlikləri riski yüksək olub.

Əgər siz gündə heç olmasa bir siqaret çəkirsinizsə, sizinlə heç nə baş verməyəcəyinə əminsinizsə, Milli Xərçəng İnstitutunun tədqiqatı müəyyən edib ki, sizin siqaret çəkməyənlərə nisbətən xərçəngdən ölüm şansınız 9 dəfə yüksəkdir. Əgər gündə 2-10 siqaret çəkirsinizsə, 12 dəfə artacaq. 

Alkoqoldan imtina edin

Uzun müddət ərzində biz eşitmişik ki, alkoqoldan mülayim istifadə etmək (qadınlar üçün gündə 1 porsiya, kişilər üçün 2 porsiya) zərərsiz və hətta sağlam vərdiş sayılır. 

Lakin son zamanlar elm sübut edib ki, alkoqol həmçinin xərçəngin yaranmasına səbəb ola bilər. Müəyyən edilib ki, alkoqoldan asılılıq, xərçəng, sərxoş vəzyyətdə avtoqəzalar və s. alkoqoldan istifadənin potensial faydasını üstələyir.

Kembric universiteti alimlərinin apardığı tədqiqat labarator siçanların orqanizmdə alkoqolun mənimsənilməsu nəticəsində əmələ gələn zərərli kimyəvi maddə olan asetaldegidin onların DNT və xromosomlarına vurduğu genetik ziyanın öyrənilməsinə həsr edilib. 

Nəticədə müəyyən edilib ki, tünd içkilər müxtəlif növ xərçəngin, o cümlədən döş vəzinin və yoğun bağırsaq xərçənginin 7 yayılmış formalarının inkişaf riskini yüksəldir.

Özünüzü qoruyun və sağlam olun.