Bakı 24˚C Sunny

Müdafiə naziri komandirlərə yeni tapşırıqlar verib

Gündəm 15:24 18 dek, 2021

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı yeni tikilən yeməkxananın açılışında iştirak edib

Müdafiə naziri komandirlərə yeni tapşırıqlar verib

İşğaldan azad olunan ərazilərdə Azərbaycan Ordusunun yeni tikilən yeməkxanasının açılışı olub.

Qazet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı yeni tikilən yeməkxananın açılışında iştirak edib.

Müasir avadanlıqla təchiz edilən mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.