Paşinyanın çıxışı müdafiə nazirini yuxuya apardı - VİDEO
Gündəm
19:35 16 sen, 2021
Müdafiə naziri Paşinyana yuxuda qulaq asdı
Ermənistanın baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxış edərkən müdafiə naziri mürgüləyib.
Qazet.az xəbər verir ki, KTMT hərbi təşkilatdır və bu müdafiə nazirinin sahəsi üzrə sammitdir.
Müdafiə nazirinin bu görüşdə mürgüləməsi Nikol Paşinyanın fikirlərinin "yuxu dərmanı" olduğunu bir daha göstərmiş oldu.
Qeyd edək ki, Arşak Karapetyan bir müddət öncə məğlubiyyətlərini qəbul etməyib "Azərbaycanın sərhəddə yeni mövqelər qurmasına qarşılıq olaraq atəş açmaq" əmri vermişdi. Görünən odur ki, Karapetyanın özünün qulağının dibində bir atəş açmaq lazımdır ki, gördüyü yuxudan oyansın.