Bakı 6˚C Dreary

Müdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb

Siyasət 11:27 09 sen, 2022
Müdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.

Qazet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.
Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.