Bakı 0˚C Mostly cloudy

Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE

Gündəm 15:01 13 dek, 2022
Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Aqil Səlim oğlu Qurbanov Azərbaycan müdafiə nazirinin müavini təyin edilib.

Qazet.az-ın məlumatına görə,  Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

 

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə "Azerfon” ("NarMobile”) şirkətində və "Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə "Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında "Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında "Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

  •