Bakı -4˚C Intermittent clouds

Müdafiə Nazirliyi bu məlumatı TƏKZİB etdi

Gündəm 09:40 21 noy, 2022
Müdafiə Nazirliyi bu məlumatı TƏKZİB etdi

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.