Bakı 2˚C Sunny

Müdafiə nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq etdi

Gündəm 14:19 09 dek, 2021

Müdafiə nazirliyi mövqeyini bildirib

Müdafiə nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq etdi

Azərbaycan Müdafiə nazirliyi Ermənistana növbəti dəfə dövlət sərhədində təxribat törətdiyinə görə ciddi xəbərdarlıq edib.

Qazet.az nazirliyə istinadən bildirir ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub" deyə nazirlik açıqlayıb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.