Bakı 12˚C Mostly cloudy

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluğunun birgə tədbirlər planı imzalanıb

Siyasət 10:05 06 yan, 2023
Müdafiə Nazirliyi ilə  Hərbi Prokurorluğunun birgə tədbirlər planı imzalanıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı iləs təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Qazet.az xəbər verir ki, bundan başqa cari il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb.

Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

2023-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırlır.