Bakı 10˚C Windy

Müdafiə Nazirliyi məlumat yaydı - İyunun 29-dan...

Gündəm 14:00 28 iyn, 2022

Məlumatda deyilir

Müdafiə Nazirliyi məlumat yaydı - İyunun 29-dan...

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir.

Müdafiə Nazirliyindən Qazet.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 29-dan iyulun 2-nə qədər Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.