“Müdafiə Nazirliyindəki mənimsəmələrdə bizim də günahımız var” - Fazil Mustafa
“Müdafiə Nazirliyindəki mənimsəmələrdə bizim də günahımız var”.
Qazet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.
“Hökumət hər dəfə büdcəni hazrılayarkən nəzərə almalıdır ki, buna vətəndaşın baxışı necədir? Vətəndaş düşünür ki, büdcə vəsaitinin nə qədəri ayrı-ayrı qara ciblərdən süzülüb gələcək və bunun nə qədəri mənim hesabıma ödənəcək. Bizim üçün Qarbağdan və müdafiə məsələlərindən daha önəmli heç nə yoxdur. Lakin biz hər dəfə DTX-nin açıqlamalarını ürək ağrısı ilə dinləyirik ki, Müdafiə Nazirliyindən neçə milyon korrupsiya işi aşkarlanıb. Bunun suçlusu bir az da bizik. Çünki bu günə qədər bu cür strateji nazirliyə parlament nəzarəti mexanizmini tətbiq edə bilməmişik”, - deyə millət vəkili əlavə edib.