Bakı 20˚C Sunny

Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 12:25 16 dek, 2021

Müəllimlərin votsap qrupunda yayılan səs yazısında direktorun valideynlərdən pul yığmaq tələbi vurğulanıb

Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə məktəb direktoruna aid olduğu iddia edilən səs yazısı böyük rezonans doğurub. Müəllimlərin votsap qrupunda yayılan səs yazısında direktorun valideynlərdən pul yığmaq tələbi vurğulanıb. Əks halda isə həmin pulun müəllimlər tərəfindən ödəniləcəyi qeyd olunub.

Qazet.az xəbər verir ki, səs yazısı ilə bağlı "Xəzər xəbər"ə açıqlama verən Bakı şəhər üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyeva məsələyə araşdırmalardan sonra hüquqi qiymət veriləcəyini bildirib.

Mehriban Vəliyeva həmçinin deyib ki, Valideyn-Müəllim Assosiasiyaları məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

Təhsil idarəsinin müdiri Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagirdin durumuna da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda həmin şagirdə psixoloji dəstək göstərilir.