Müğənnilərə fonoqram qadağası qoyuldu
Maraqlı
00:20 04 yan, 2023
Qırğızıstanın hakimiyyət orqanları 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə ifa zamanı fonoqramdan istifadə etməyi qadağan edib.
Qazet.az xəbər verir ki, müvafiq sərəncamı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov imzalayıb.
Sərəncama əsasən, incəsənət xadimləri dövlət mədəniyyət və təhsil müəssisələrində, teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər. Həmçinin idman və kütləvi mədəniyyət tədbirlərində canlı ifa mütləqdir.