Bakı -1˚C Partly sunny

"Müharibə gedirdi, diplomu çap etməyə pul yox idi" - Təhsil naziri EKSKLÜZİV

Eksklüziv 14:47 27 iyl, 2022

Təhsil nazirinin brifinq zamanı açıqlaması

"Müharibə gedirdi, diplomu çap etməyə pul yox idi" - Təhsil naziri EKSKLÜZİV

İxtisasca müəllim olmayan ancaq yüksək bal toplamış müəllimlər sertifikasiya imtahanından kəsilərsə müəllim kimi fəaliyyətlərinə davam edəcəklərmi?

Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinq zamanı Qazet.az-ın əməkdaşının verdiyi suala cavab olarar bildirib. 
 

Sertifikasiyanın mahiyyəti ondan ibarətdir ki, keçmişdə nə olub, olub. 30 il ərzində çox sürətlə inkişaf etmişik. 90-cı illərlə bu günün reallıqlarını müqaisə etmək olmur. O, dövrlərdə diplom almaq asan idi. Həqiqət budur ki, bir çox hallarda bu diplomların həqiqiliyini və yaxud saxtalığını sübut etmək mümkün deyildi. İmza da, möhür də var ancaq dövlət nümunəli sənəd deyil. İlkin halda saxta sənəd kimi ehtimal edirik. Həmin adamlar gətirib şəkil də göstərir ki, Təhsil Nazirliyinin əməkdaşı 93-cü ildə diplomu ona təqdim edib. Sonra biz rəhbəri çağırırıq ki, bu hal necə baş verib. Adamın izahati bu olur ki, “Müharibə gedirdi, diplomu çap etməyə pul yox idi. Biz də diplomu çap edib verdik, çünki adamlar üstümüzə gəlirdi, bilmirdim onlara nə verim”.  İndiki mərhələdə keçmişə qayıdıb o diplomları ayırd eləmək qeyri mümkündür. Amma həmin adamların hal-hazırda biliyini ölçmək mümkündür. Əgər adamın biliyi varsa, keçmişdə nə baş veribsə-verib. Bu gün əgər o müəllim öz fənnini bilirsə biz onu şagirdin önünə çıxara biləcəyik. 

 

Emin Əmrullayev
Təhsil naziri