Müharibə ölkəyə 700 milyard dollardan çox ziyan vurub
Gündəm
12:45 04 yan, 2023
Ötən il fevralın 24-də başlayan müharibənin Ukraynanın infrastrukturuna dəymiş ziyan yay dövrü ilə müqayisədə xeyli artıb.
Qaazet.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal məlumat verib.
Müharibə səbəbiylə Ukrayna infrastrukturuna 350 milyard dollar ziyan dəydiyini bildirən Şmiqal, “İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dolları keçib”- deyə, qeyd edib.
Bundan əlavə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı mümkün hücumlarına hazırlaşdıqlarını bildirib.