Bakı 23˚C Partly sunny

Müharibə vaxtı ölkəmizə kiberhücumların sayı açıqlandı

Gündəm 00:13 30 noy, 2021

Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.

Müharibə vaxtı ölkəmizə kiberhücumların sayı açıqlandı

Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Gününə həsr olunan tədbir keçirilib.

Qazet.az  xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, bir sıra ölkələri təmsil edən kiber mütəxəssisləri iştirak edib. Konfransın əsas müzakirə mövzuları Azərbaycan, Türkiyə və İsrail modelləri, dərin müdafiə, kiber--hədələrin və risklərin minimallaşdırılması və sairə olub.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışı zamanı 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına olunan hücumların sayını açıqlayıb. O bildirib ki, Ermənistan tərəfindən 2 678 hücum həyata keçirilib, amma onların hamısının qarşısı uğurla alınıb. İdarə rəisi, həmçinin dövlət qurumlarının informasiya sistemlərinin ildə 2 dəfə yoxlanıldığını deyib.

Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.