Bakı 23˚C Mostly sunny

Müharibə veteranlarının aylıq müavinəti qaldırılsın - TƏKLİF

Cəmiyyət 19:39 11 noy, 2021

Müharibə veteranlarının aylıq müavinəti 80 manatdır

Müharibə veteranlarının aylıq müavinəti qaldırılsın - <span style="color:red">TƏKLİF</span>

“Müharibə veteranlarının aldığı aylıq müavinətin məbləği artırılmalıdır”.

Qazet.az-ın xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ölkədə kommunal qiymətlərin artımı müharibə veteranlarına verilən aylıq məbləğə bir daha baxılmasını zəruri edir:

“Təklif edirəm ki, bu məbləğ heç olmasa 130 manata qaldırılsın”, - deyə S.Novruzov əlavə edib.

Qeyd edək ki, müharibə veteranlarının aylıq müavinəti 80 manatdır.