Müharibənin son günü: 70 məntəqə azad olundu
Azərbaycan Ordusu müharibənin sonuncu günü - noyabrın 9-da daha 70 yaşayış məntəqəsini işğaldan azad edib.
Bu gün Vətən müharibəsinin sonuncu - 44-cü günüdür.
Qazet.az xəbər verir ki, Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.
Azərbaycan Ordusu müharibənin sonuncu günü - noyabrın 9-da daha 70 yaşayış məntəqəsini işğaldan azad edib.
Aparılan uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri, Xocalı rayonunun, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Daşaltı kəndləri, Xocavənd rayonunun Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq , Arakül, Tağaverd, Zərdanaşen, Şəhər kəndləri, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri və Bartaz qəsəbəsi, Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri, habelə Zəngilan rayonu ərazisindəki Bartaz (2300 m), Sığırt (1370 m) və Şükrataz (2000 m) yüksəklikləri işğalçılardan təmizlənib.
Azərbaycan Ordusu 44 gün ərzində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.