Bakı 15˚C Sunny

Mülki ermənilər qaytarılıb - Ermənistanın iddiası

Gündəm 11:45 20 sen, 2021

Azıb Azərbaycan tərəfə keçən mülki şəxslər qaytarıldı

Mülki ermənilər qaytarılıb - <span style="color:red">Ermənistanın iddiası</span>

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Qazet.az xəbərinə görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb. Ermənistan onların Gorus yolunda azdıqlarını iddia edir.