Bakı 24˚C Sunny

Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 19 % artıb

Biznes 18:24 09 fev, 2022

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib

Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 19 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlak üzrə 24 101 mülkiyyət hüququ qeydə alınıb.

Bu barədə medianın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3 % çoxdur.

Aylıq göstəricinin 4 101-i təkrar qeydiyyat, 20 000-i isə təkrar qeydiyyat olub. Ümumilikdə ay ərzində fərdi yaşayış evləri üzrə 3 798, mənzillər üzrə 6 835, torpaq sahələri üzrə 12 534, digər daşınmaz əmlak növləri üzrə isə 934 mülkiyyət hüququ qeydə alınıb.

İlin ilk ayında 18 608 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 351 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı) , 5 132 ipoteka müqaviləsi qeydiyyata alınıb. Ay ərzində məhdudlaşdırmaya dair dövlət reyestrindən 53 821 arayış (FORMA-1) verilib. Əhaliyə xidmətlə bağlı verilmiş müxtəlif arayışların sayı 116 980 olub.