Murad Musayevin "Sabah"dakı köməkçiləri bəlli olub
Gündəm
18:55 01 noy, 2021
Bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir
"Sabah"ın yeni baş məşqçisi Murad Musayevin paytaxt təmsilçisindəki köməkçiləri müəyyənləşib.
Qazet.az xəbər verir ki, klubun Mətbuat xidmətindən verilən məlumata görə, bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.
Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisi olacaq. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Sabah" Murad Musayevlə 2 illik müqavilə bağlayıb.