Bakı 6˚C Showers

Müsahibə zamanı İlham Əliyevin gözləri doldu - VİDEO

Siyasət 16:41 27 sen, 2021

Nə qədər əziyyət çəkdilər, amma sınmadılar

Müsahibə zamanı İlham Əliyevin gözləri doldu - <span style="color:red">VİDEO</span>

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən torpaqlara ziyarəti barədə bəhs edərkən gözləri dolub.

Qazet.az-ın məlumatına görə, Dövlət başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban xanım Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər.

“Onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - deyə İlham Əliyev kövrələrək bildirib.

Onun sözləri jurnalisti də təsirləndirib.

Ətraflı “Haber Global”ın videosunda: