Mustafa Şentop Azərbaycan xalqını təbrik etdi
Gündəm
22:51 08 noy, 2021
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
“Qazet.az” xəbər verir ki, M.Şentop bu barədə rəsmi tvitter hesabında paylaşım edib.
“Dost və qardaş ölkə Azərbaycanın 8 Noyabr – Zəfər Gününü təbrik edirəm. Azərbaycan türklərinin bayrağını Qarabağda asmaq, zülm və işğala son qoymaq üçün şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. İki dövlət, bir millət!”, - deyə paylaşımda bildirilir.