Müxbir hicab tələbinə görə müsahibədən imtina etdi
CNN-in jurnalisti Kristian Amanpur İran prezidenti İbrahim Rəisidən Nyu-Yorkda görüş üçün hicab taxmasını tələb etdikdən sonra onunla müsahibəni ləğv edib.
Qazet.az xəbər verir ki, Amanpur İrandan kənarda onlarla müsahibə zamanı əvvəlki prezidentlərdən heç biri bunu tələb etmədiyini bildirib.
O deyir ki, Rəisinin köməkçisi ona tələbin "İrandakı vəziyyət"lə bağlı olduğunu deyib.
Amanpur sosial şəbəkə hesabında bu sözləri yazıb:
"Müsahibədən öncə prezidentin köməkçisi mənə yaxınlaşıb dedi, ki Prezident Rəisi sizdən hicab taxmağınızı təklif edir. Çünki hazırda müqəddəs Məhərrəm və Səfər aylarıdır".
İranda hicab qaydalarını pozduğu iddiası ilə saxlanılan qadının ölümü ölkədə şiddətli iğtişaşlara səbəb olub.
40 minutes after the interview had been due to start, an aide came over. The president, he said, was suggesting I wear a headscarf, because it’s the holy months of Muharram and Safar. 3/7
— Christiane Amanpour (@amanpour) September 22, 2022