Bakı 14˚C Mostly cloudy

Muxrani sarayında mədəni proqram təqdim edilib

Siyasət 17:14 24 okt, 2022
Muxrani sarayında mədəni proqram təqdim edilib

Oktyabrın 24-də Gürcüstanın Mçxeti rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.

Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.

Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirildi. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olundu.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxdılar.

***