Muzeydə unikal çay dəsti qorunur
Maraqlı
15:44 29 noy, 2021
Çay dəsti Bakının nüfuzlu ziyalıları içərisində zadəgan titulu ilə tanınmış Aşurbəyov nəslindən olan Ağaşərif Aşurbəylinin şəxsi əşyası olub.

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda XIX-XX əsrlərə aid Almaniya istehsalı olan unikal çay dəsti mühafizə edilir.
Qazet.az xəbər verir ki, unikal çay dəsti - çaydan, qəndqabı, südqabı və fincandan ibarətdir. Ağ fayansdan olan dəst dekol və qızıl işləməlidir. Dəstin bütün qabları üzərində Ağaşərif Aşurbəylinin fotoşəkilləri həkk olunub.