Bakı 18˚C Partly sunny

Myanmarda Azərbaycan bayrağı ucaldılıb

Siyasət 13:27 11 noy, 2022
Myanmarda Azərbaycan bayrağı ucaldılıb

Myanmarın paytaxtı Naypyitoda (Naypyitaw) 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının ucaldılma mərasimi keçirilib.

Bu barədə Qazet.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “NayPyiTaw Beynəlxalq Elmlər Akademiyası”nın beynəlxalq məktəbinin direktoru, diaspor fəalı Elşən Bənnayevin təşkilatçılığı ilə baş tutan mərasimdə Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.

Mərasimdə 10 müxtəlif ölkəni təmsil edən müəllim və şagirdlər iştirak ediblər.

Mərazimdə çıxış edən soydaşımız bildirib ki, Azərbaycanın rəsmi rəmzlərindən biri olan dövlət bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2010-cu ildən etibarən hər il 9 noyabr taixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

E.Bənnayev bildirib ki, Myanmarda diplomatik nümayəndəliyimiz olmasa da, 2019-ci ildən bəri bu ölkədə Azərbaycan bayrağı dalğalanır.