Bakı -7˚C Windy

“Naməlum” kimi dəfn edilən şəhidlərdən bir qisminin kimliyi dəqiqləşib

Gündəm 16:20 04 okt, 2022
“Naməlum” kimi dəfn edilən şəhidlərdən bir qisminin kimliyi dəqiqləşib

“Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində “naməlum” kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”.

Qazet.az xəbər verir ki, bu juralistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələlik onların hamısının kimliyi müəyyən edilməyib:

“Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”.