Bakı -10˚C Windy

Naməlum təyyarə bu ölkədə "Vaqner"in bazasını bombaladı - Rusiyaya zərbə

Gündəm 12:05 29 noy, 2022
Naməlum təyyarə bu ölkədə "Vaqner"in bazasını bombaladı - Rusiyaya zərbə

Mərkəzi Afrika Respublikasında Rusiyanın nəzarətindəki “Vaqner”in bazasına hava zərbələri endirilib.

Qazet.az xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikasının hökumət sözçüsü Serge Ghislain açıqlama verib. O bildirib ki, naməlum təyyarə bazanı bombalayandan sonra şimal sərhədlərini keçərək ölkədən uzaqlaşıb. Təyyarə Bossanqoa şəhərindəki hərbi məntəqələri və pambıq istehsalı mərkəzini bombalayıb. Fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, “Vaqner” bəzi Afrika ölkələrində bəzi imtiyazlar qarşılığında rəsmilərin təhlükəsizliyini təmin edir.

Qaynaq