"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"
İdman
10:04 06 noy, 2022
"Qarabağ"a uduzduğumuz oyundan sonra geridönüş etdik və nəticələr qazandıq".
Qazet.az-ın məlumatına görə, bunu "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olmuş Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare klubun rəsmi saytına müsahibəsində deyib.
59 yaşlı mütəxəssis daha yaxşı nəticələrə layiq olduqlarını bildirib. O, evdə Azərbaycan təmsilçisinə qalib gəldikləri görüşdə 6 futbolçuya istirahət verdiyini söyləyib.
Qeyd edək ki, II turda Bakıda "Nant"a 3 cavabsız qolla qalib gələn "Qarabağ" V turda səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub. Ölkə çempionu G qrupunu 8 xalla üçüncü sırada bitirərək Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.