"Napoli" tarixə düşdü
İdman
10:40 05 okt, 2022
!["Napoli" tarixə düşdü](https://qazet.az/resized/fit900x500/center/pages/109762/4451492-32kq3d9-highres.jpg)
"Napoli" İtaliya futbolunun tarixinə düşüb.
Qazet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda "Ayaks"ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub.
Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç bir kollektivi bunu bacarmayıb.
Qeyd edək ki, "Napoli" qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupuna başçılıq edir.