Bakı -6˚C Rain and snow

Naqasaki sahillərində gəmilər toqquşdu

Gündəm 12:17 12 sen, 2021

Sasebo şəhərinin sahillərində gəmi qəzası baş verib

Naqasaki sahillərində gəmilər toqquşdu

Sentyabrın 12-də səhər saatlarında Naqasaki prefekturasının Sasebo şəhərinin sahillərində gəmi qəzası baş verib.

Qazet.az  xəbər verir ki, göyərtəsində üç nəfərin olduğu kiçik gəmi 498 ton su tutumuna malik yükdaşıyan “Moriyama Moru” gəmisi ilə toqquşub. Nəticədə bir nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

Bundan əlavə, səhər saat 6 radələrində Qokan adasında yerləşən Hirado şəhəri sahillərində motorlu iki qayıq toqquşub. Sahil Mühafizə Xidmətinin məlumatına görə, nəticədə Tkuqo şəhərindən olan 77 yaşlı kişi dənizə düşərək boğulub.