Nar şirəsi zavod şəraitində necə hazırlanır? - Sahibkar danışdı
STEP layihəsi çərçivəsində Kürdəmir və Göyçay rayonlarına jurnalistlər üçün mediatur təşkil olunub.
Qazet.az xəbər verir ki, mediaturun başlanğıcında Kürdəmirdə Avropa İttifaqının dəstəyi ilə yaradılan kiçik nar zavodunun açılışı olub.
Zavod şəraitində nar şirəsi hazırlanmasının üstünlükləri barədə Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən 4 hektar nar bağının sahibi Vüqar Xəlilov Qazet.az-ın suallarını cavablandırıb:
"Ev üsulunda nar şirəsi hazırlanarkən pasterilizə olunmur, bunun üçün şərait yoxdur. Saxlanma müddəti olmur. Ev şəraitində qaynadılarkən tərkibində olan təbiilik itir. 3-5 gün ərzində məhsul xarab olur. Pasterilizə olunanda isə məhsulun müddəti 12 ay olur. Ona görə bu daha çox sərfəlidir. Ev şəraitində qıcqırma baş verir. Aİ-nin təşkil etdiyi zavodda ilk olaraq narın qabığı ayrılır. Xüsusi texnologiya vasitəsilə nar dənələri ayrılır. Evdə isə nar şirəsi ya əllə, ya da şirəçəkən maşın vasitəsilə hazırlanır. Qabıqlı şəkildə qaldığı üçün nar şirəsində müəyyən acılıq hiss olunur. Şirə olaraq yox, ancaq nar meyvəsi Rusiya, Ukrayna ərazilərinə ixrac olunur. Məhsullarımız müharibənin aktiv getmədiyi ərazilərə çatdırılır".