Narahatlığa heç bir əsas yoxdur - MN
Gündəm
10:59 15 okt, 2021
Seyfəli poliqonunda müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiyası davam etdirilir
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir
Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.