Bakı 2˚C Mostly cloudy

Nardaranda monitorinq

Cəmiyyət 16:51 06 yan, 2023
Nardaranda monitorinq

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qazet.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində payızgülü və qərənfil istehsalı təsərrüfatında monitorinq aparılıb.

Təsərrüfatlardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində zərərli orqanizm müəyyən edilməyib.

Monitorinq zamanı təsərrüfatda çalışan əməkdaşlara qərənfil və payızgülünün əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, pestisidlərlə işləyən zaman tətbiq reqlamentinə, habelə təhlükəsizlik qaydalarına əməl olunması barədə təlimatlar təqdim olunub.