Bakı 18˚C Partly sunny

Narkotik maddənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - VİDEO

Hadisə 12:08 08 dek, 2021

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib

Narkotik maddənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - <span style="color:red">VİDEO</span>

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, rayonun Mahamalar kəndi ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü davamlı şəkildə yol-hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.

Lakin o, əmrə məhəl qoymayaraq, təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra sürücü və sərnişinlərin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan həmin şəxslər polis şöbəsinə gətiriliblər.

Sürücü Balakən şəhər sakini Əli Məcidov, sərnişinlər Əli Paçalov və Tacəddin Dibirov tibbi müayinədən keçirildikdən sonra onların hər üçünün heroin qəbul etdiyi müəyyən olunub. Saxlanılan şəxslər də ifadələrində əməllərini etiraf ediblər.

Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitənin təsiri altında sükan arxasına əyləşib, piyadaların həyatı üçün təhlükə saçan Mahamalar kənd sakini Abdulla Osmanov istifadəsində olan “Opel” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb. Tibbi müayinədən keçirilən həmin sürücünün narkotik vasitə - marixuana qəbul etdiyi məlum olub. 

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.